Logo

Palma yağının qiyməti 1 300 dollara yaxınlaşır

Palma yağının qiyməti 1 300 dollara yaxınlaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünyada bitki yağlarının bahalaşması palma yağının da qiymətinə təsir edir. Ən böyük palma yağı istehsalçısı olan İndoneziyada qiymət 1270 dollara çatıb.

Sfera.az bildirir ki, 2021-ci ildə 30 faizdən çox bahalaşan palma yağı 2022-ci ilin əvvəlindən bu yana 11 faiz dəyər qazanıb.

Palma yağının qiyməti 2020-ci ilin birinci yarısına qədər 400-500 dollar arasında dəyişirdi. İyundan başlayaraq qiymətlər artır.

Azərbaycan da böyük miqdarda palma yağı idxal edən ölkələrdəndir. 2021-ci ilin yanvar-noyabr aylarına aid olan məlumata əsasən, ölkəmizə 55,4 milyon dollar dəyərində 46 min tondan artıq palma yağı idxal edilib. İdxal edilən palma yağının bir tonunun gömrükdə orta qiyməti 1 204 dollar olub.

Azərbaycan palma yağının 30 min tonunu İndoneziyadan, 16 min tonunu Malayziyadan alıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR