Logo

“Yeni ştamlar yarana bilər” - ÜST-dən xəbərdarlıq

“Yeni ştamlar yarana bilər” - ÜST-dən xəbərdarlıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Omicron”un yayılmasından sonra yeni ştamlar yarana bilər”.

Sfera.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.

"Bu pandemiyanın başa çatacağı gün hələ uzaqdadır və "Omicron” ştamının dünyada inanılmaz şəkildə yayılması ilə yeni ştamlar yarana bilər”, - deyə ÜST rəhbəri qeyd edib.

O, koronavirusun yeni ştamları ilə bağlı vəziyyətin izlənilməsinin və qiymətləndirilməsinin vacibliyini də vurğulayıb.

Xatırladaq ki, "Omicron” ştamı ilk dəfə ötən ilin noyabrında Botsvana və CAR-da aşkar olunub. Mütəxəssislərin sözlərinə görə, əvvəllər koronavirusa yoluxan və peyvənd olunan şəxslər də bu ştama yoluxa bilər. Ən son məlumata görə, yeni ştam artıq 110 ölkədə aşkarlanıb. "Omicron” "Delta” ştamından daha sürətlə yayılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR