İran İƏT-ə niyə qayıdır? – Sülh müqaviləsi imzalanacaq...
İran nümayəndələrinin 6 illik fasilədən sonra İƏT-dəki fəaliyyətini bərpa etdiyi bildirilir.
İki ölkə nümayəndələri arasında İraqın paytaxtı Bağdad şəhərində keçirilən danışıqlardan sonra diplomatların İrandan Səudiyyə Ərəbistanına yollanması barədə razılıq əldə olunub.
Maraqlıdır, İranın sözügedən təşkilata qayıtması hansı perspektivi vəd edir? Ərəbistan və İran arasında münasibətlərin yeni mərhələsi başlayacaqmı?
Bu barədə Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə İranın ərəb ölkələri ilə münasibətlərini normallaşdıracağını bildirib:
"İslam Əməkdaşlığı Təşkilatına 6 ildən sonra İranın qayıtması ilə bağlı Bağdadda Səudiyyə Ərəbistanı ilə İran arasında keçirilən görüşdən sonra razılıq əldə olunub. Bi müddətdir ki, Bağdad bu istiqamətdə vasitəçilik funksiyasını həyata keçirir. İranın sözügedən təşkilata qayıtması onun ərəb ölkələri ilə münasibətlərinin normallaşması ilə nəticələnəcək. Ola bilər ki, Yəməndə tərəflər müəyyən razılıq imzalayıb, sülh əldə etsin.
ABŞ ilə İran arasında gedən danışıqlar müstəvəsində İran ərəb ölkələri ilə dostluq münasibətləri qurub, ABŞ-ni neytrallaşdırmağa çalışır. Ümumiyyətlə, İranın Yaxın Şərqdəki fəaliyyətinin hərbi müstəvifən diplomatik müstəviyə keçməsi görünür ki, o, istədiyinə nail olmadı.”,- deyə politoloq qeyd edib.Əzizə Zeynal






