Logo

Qazaxıstanda vəziyyət: saxlanılanların sayı 8 minə çatdı

Qazaxıstanda vəziyyət: saxlanılanların sayı 8 minə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkədə vəziyyət sabitləşib. Saxlanılanların sayı 7939-a çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi açıqlama yayıb.

"Məlumata görə, həyata keçirilən əməliyyatlarla terror təhlükəsi yaradan məntəqələr zərərsizləşdirilib. Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərində terrorçular tərəfindən ələ keçirilən bütün inzibati binalar azad edilib. Əhəmiyyətli strateji strukturlar və silah-sursat anbarları mühafizə olunub.

Vətəndaşlara terrorçuların aşkarlanmasında təhlükəsizlik qüvvələrinə dəstək olmağa və etirazlar zamanı oğurlanmış silahları könüllü olaraq təhvil verməklə bağlı çağırış olunub.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR