Logo

Ən çox vakant iş yeri və işə müraciət bu qurumdadır – Müsahibə sabah yekunlaşır...

Ən çox vakant iş yeri və işə müraciət bu qurumdadır – Müsahibə sabah yekunlaşır...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci il 26 oktyabr tarixindən 16 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üzrə ümumi müsahibə elanı verilib.

Sfera.az xəbər verir ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə 31 vakant yer olmaqla Qida Təhlükəsizliyi Agentliyindədir. Hesablama Palatası 3, Maliyyə Nazirliyi 7, Kənd Təsərrüfatı Nazirliyi 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4, Dövlət Statistika Komitəsi 8, Sumqayıt Apellyasiya məhkəməsi isə 2 vakant yer üzrə müsahibə elan edib.

Təqdim olunan vakant yerlərə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinə 51, Hesablama Palatasına 21, Maliyyə Nazirliyinə 30, Kənd Təsərrüfatı Nazirliyinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30, Dövlət Statistika Komitəsinə 7, Sumqayıt Apellyasiya məhkəməsinə 11 nəfər müraciət edib.
 
Qeyd edək ki, müsahibə mərhələsi sabahdan etibarək yekunlaşacaq.
 
Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR