Logo

“İllər öncə Kadırovun etdiyini indi də Tokayev təkrarlayır” - AÇIQLAMA

“İllər öncə Kadırovun etdiyini indi də Tokayev təkrarlayır” - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kadırov Qazax xalqına müraciətində bildirib ki, biz müharibənin nə olduğunu, mitinqlərin nə olduğunu bilirik. Bizi də, sizin kimi, hərbi yola aparırdılar. Hər kəs yaxşı bilir ki, Kadırov Rusiyanın yeni "Jirinovskisi layihəsi”dir. Yəni onun sözləri əslində Kremlin sözləridir. Kadırov qazax xalqını faktiki olaraq çeçen xalqı kimi Rusiya müstəmləkəsinə dəvət edir”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Çeçenistan rəhbəri Ramazan Kadırovun Qazaxıstanda baş verən hadisələrlə bağlı qazax xalqına etdiyi çağrışı şərh edərkən deyib.

Onun sözlərinə görə, Kadırovun atası Qazaxıstanda doğulub, babasının qardaşı isə sürgün zamanı orada dəfn olunub:

"Kadırovun qazax xalqına müraciətində bu nüansları qeyd edərək, əslində özü çeçen olmasına baxmayaraq qazax xalqı ilə mənəvi bağlarının olduğunu vurğulamaq istəyir. Bütün hallarda Kadırovun qazaxlara belə bir çağırış etməsi doğru deyil. İndiki halda Kadırov və Tokayevi birləşdirən mühüm bir amil də var. Belə ki, Kadırov kimi Tokayev də bu gün ölkədəki milli qüvvələri, daha doğrusu Nazarbayevi sıradan çıxardı. Ehtimal ki, yerinə Kremlə sadiq qüvvələri gətiriləcək. Kadırovlar isə bunu 90-cı illərdə Aslan Maşadov, Şamil Basayev, Cahar Dudayev kimi milli qüvələri sıradan çıxararaq etmişdi. Bu gün Tokayevin Qazaxıstanda etdiyi ilə Kadırovların Çeçenistanda etdiyi arasında oxşarlıq çoxdur. Təəssüf ki, hər iki lider etdiklərinin xalqları üçün necə böyük fəlakətə gətirib çıxaracağını görmür”.

Politoloqun sözlərinə görə, bu gün Nursultan Nazarbayevi tənqid edənlər unudur ki, o ən azından milli şəxs idi:

"Nazarbayevi diktator adlandıranlar da var, ruslarla birlikdə hərəkət etdiyini deyənlər də. Lakin hər halda Nazarbayev Qazaxıstandakı rus təsirini tədricən azaldan, qazax dilini ön plana çəkən, ölkədəki qazax vətəndaşların sayını artıran, bir sözlə hər mənada milli şəxs idi. Tokayev isə faktiki olaraq KTMT-yə müraciət edərək ölkəsinə xarici qüvvələri dəvət etdi. Eynilə Kadırovun etdiyi kimi”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR