Logo

Əcnəbilərlə evlilik halları niyə artır? – Sosioloq səbəbləri açıqladı

Əcnəbilərlə evlilik halları niyə artır? – Sosioloq səbəbləri açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illər əcnəbilərlə ailə həyatı quran gənclərimizin sayı artmaqdadır. Bu proses qanunvericiliyə zidd olmasa da, cəmiyyətdə birmənalı qarşılanmır. Xüsusilə xanımlar arasında əcnəbi bəylərlə ailə həyatı qurmaq istəyinin daha yüksək olduğu bildirilir.

Maraqlıdır, vətəndaşlarımızın xarici ölkə nümayəndələri ilə ailə həyatı qurmaq istəyinə səbəb nədir? Əcnəbilərlə nikah hallarının artması bizə nə vəd edir?

Məsələ ilə bağlı Sfera.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu xanımların əcnəbilərə meyil etməsinə səbəb kimi ölkədəki bəylərin maddi vəziyyətinin ürəkaçan olmadığını göstərib. Ekspert bu məsələni həm də romantik yanaşma ilə əlaqələndirib:

"50 il bundan qabaq Bakıda bir qızın qarşısına zənci çıxsaydı, qız qorxub dik atılardı, yəni xalqımızın başqa ölkə vətəndaşları ilə bağlı təsəvvürləri fərqli idi. Lakin tarixi proseslər vəziyyəti dəyişib, artıq ölkələr arasında gəliş-gediş çoxalıb, insanlar arasında kommunikasiya yüksək səviyyədədir. Bu, əcnəbilərlə ailə qurmaq halının artmasının bir səbəbidir. Digər səbəb isə iqtisadi məsələlərlə bağlıdır. Belə ki, indi gənc olanların çoxu maddi çətinlik içərisindədir və mənzilə belə sahib deyillər. Xanımlar isə rahat şərait, ev arzusundadır ki, bu da tərəflər arasında uyğunlaşmanı pozur. Digər tərəfdən, gənclərdə romantika var ki, xarici ilə evlənib, fərqli dünyaya düşəcəklər. Buna görə də xaricilərlə nikahların sayı artır. Amma məsələnin başqa tərəfi də bu istiqamətdə maariflənmənin aparılmaması ilə bağlıdır. Belə ki, qızlar qonşusundakı kasıb oğlanla evlənməkdənsə, hansısa çinli ilə evlənməyə üstülük verir, çünki çinli ona bildirir ki, öz ölkəsində evi, işi, şəraiti və s. var. Bu proses sürətlə gedir, amma maarifləndirmə, bu mövzularda diqqət yetirilməli məqamlarla bağlı öyrədici heç bir iş görülmür”.

Müsahibimizin sözlərinə görə, əcnəbilərlə ailə həyatı quran vətəndaşlarımızın övladları sonradan müxtəlif çətinlik çəkir, ümumi gen dəyişir. Ekspert bu problemdən həll yolu kimi gənclərin maddi təminatının yaxşılaşdırılmasını göstərib:
 
"Əcnəbi ilə evlilik genlərdə dəyişilməyə səbəb olur. Doğulacaq körpənin üzü marginal tipdə olur. Bundan başqa həmin uşağın atası bir tərəfdən, anası da bir tərəfdən olduğu üçün onun içində ikitərəflilik yaranır, bilmir hansı tərəfə meyil etsin. Ölkədə milli ruhun dəyişməsi yaxı deyil. Milli ruhumuz Dədə Qorquddan, Şah ismayıl Xətaidən gəlir və bu ruh çox gözəldir. Bunu pul, mənzil xatirinə necə gəldi qarışdırmaq düzgün deyil. Lakin bütün yükü də gənclərin üzərinə atmaq olmaz. Biz gənclər üçün elə bir sosial-humanitar siyasət yürütməliyik ki, gənclərin öz vətənlərində, öz xalqının nümayəndəsi ilə rahat ailə qurmaq şəraiti olsun. Gəncləri sıxışdırmaq, onlar üçün şərait yaratmamaq özü dəlalət edir ki, onlar başqa ölkə vətəndaşları ilə ailə həyatı qursun. Bunun üçün elmi əsaslarla hazırlanmış fəaliyyət proqramları, xüsusi texnologiyalar olmalıdır. Çox təəssüf ki, bizdə bu sahəyə elmi yanaşmalar aşağı səviyyədədir”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR