Logo

Alimlərdən 2022-ci illə bağlı qorxunc PROQNOZ: - Dəhşətli istilər, qıtlıq və ani ölümlər gəlir

Alimlərdən 2022-ci illə bağlı qorxunc PROQNOZ: - Dəhşətli istilər, qıtlıq və ani ölümlər gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2022-ci illə bağlı daha bir qorxunc proqnoz gəlib.

Sfera.az-ın məlumatına görə, Britaniya Milli Hava Xidməti "Met Office” gələn il temperatur dərəcəsinin 1,09 dərəcə selsiyə qədər artacağını, kənd təsərrüfatı məhsuldarlığının azalacağını, istidən qaynaqlanan xəstəliklərin çoxalacağını bildirib.

Qurumun uzunmüddətli proqnozlaşdırma şöbəsinin rəhbəri Adam Skafinin sözlərinə görə, proqnoz nəticələri istixana qazlarının dünyanı artan sürətlə istiləşdirdiyini göstərib.

Digər tərəfdən "Bloomberg" bu dəyişikliyin qlobal məhsuldarlığın təxminən 30 faiz azalmasına və qida tələbinin sürətlə artmasına səbəb ola biləcəyini vurğulayıb. Britaniyalı ürək və ağciyər transplantasiyası üzrə cərrah Bill Frist isə söyləyib ki, daha çox ekstremal və dəyişkən temperaturlar insan sağlamlığına birbaşa təsir edəcək. "Həmçinin insult və miokard infarktından ölüm nisbəti artacaq”, - deyə mütəxəssis əlavə edib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR