Logo

Yoluxmalar sürətlə artır - ÜST-dən “Omicron”la bağlı daha bir XƏBƏRDARLIQ

Yoluxmalar sürətlə artır - ÜST-dən “Omicron”la bağlı daha bir XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni ştamla bağlı daha bir xəbərdarlıq edib.

Sfera.az bildirir ki, qurum "Omicron” variantının yaratdığı riskin hələ də yüksək olduğunu bildirib. ÜST-ün məlumatında "Omicron”nun "Delta”nı üstələdiyi və sürətlə yayıldığı qeyd olunub.

""Omicron” ABŞ və İngiltərə daxil olmaqla, bir çox ölkələrdə basqın variant olmağa davam edir.  Lakin İngiltərə, Cənubi Afrika və Danimarkadan gələn ilk məlumatlara əsasən, sözügedən ştam nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı "Delta” variantına nisbətən daha azdır. Bununla yanaşı, vaksinlərin "Omicron”a qarşı müdafiə faizi araşdırılmalıdır”, -deyə ÜST əlavə edib.

Qeyd edək ki, ötən günlərdə ÜST bir həftə əvvəllə müqayisədə yoluxma nisbətində 11 faiz artım və yeni ölüm nisbətində 4 faiz azalma olduğunu açıqlamışdı. "ABŞ, İngiltərə, Fransa və İtaliya ən çox artım göstərən ölkələr sırasındadır”, - deyə qurum bildirmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR