“Putin düşünür ki, ABŞ-nin Rusiyanı parçalamaq planı var” – Politoloq
"Rusiyanın prezidenti Vladimir Putin əmindir ki, Ukraynaya müdaxilə etməyəcəyi halda bu ölkədə ABŞ və ya NATO orta mənzilli raketlərini yerləşdiriləcək”.
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, Ukrayna gücləndirilməsə, bu ölkə Rusiyanın müdaxiləsilə üzləşəcək və yeni işğal qaçılmazdır:
"Bu amili elə Putinin özünün dəfələrlə təkrarladığı "Ukrayna süni yaradılan dövlətdir” fikri də gücləndirir. Putin düşünür ki, Qərb onun hədələyici ritorikasından çəkinərək Kremlin "qırmızı cizgilərini” tanıyacaq, Ukrayna NATO üzvü olmayacaq, bu ölkədə Qərbin hərbi bazaları yerləşdirilməyəcək. Bəs, Qərb bunları etməsə nə olacaq? Putinin bu variant üçün hazır planı varmı? Putin Stalindən güclü deyil, necə ki, indiki Rusiya keçmiş SSRİ-dən güclü deyil. ABŞ "soyuq müharibənin” başlanğıcını qoyan qəddar diktator Stalinin qarşısında geri çəkilmədi, harda mümkündürsə müqavimət göstərdi, Putinin hədələri qarşısında niyə geri çəkilməlidir?”
Ekspert Kremlin də Rusiyanı zəiflətmək fikri olduğunu qeyd edib:
"Putin düşünür ki, necə ki, ABŞ vaxtilə müxtəlif üsullarla SSRİ-ni dağıtdı, Vaşinqtondakı beyin mərkəzlərinin indi də Rusiyanı zəiflətmək və ya parçalamaq üçün planları var. Bəlkə də belə planlar hansısa mərkəzlərdə tərtib olunub. Ancaq elə Kremlin də planı fərqli deyil. Kreml özünü qorumaq üçün Ukraynanı parçalamaq yolunu tutub. Bu baş verəcəyi halda Rusiya özünü qoruya biləcəkmi?”.Əzizə Zeynal






