Logo

“Qarabağda aparılan bərpa işləri bu prosesin başladığına dəlalət edir” – Böyük Qayıdış

“Qarabağda aparılan bərpa işləri bu prosesin başladığına dəlalət edir” – Böyük Qayıdış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağa böyük qayıdış Azərbaycan Prezidentinin hər zaman gündəliyində olub. 44 günlük müharibədən sonra torpaqların işğaldan azad edilməsi bu gün həmin prosesin reallaşmasını sürətləndirib”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Teymur Qasımlı Böyük Qayıdış siyasəti haqda danışarkən deyib.

"Hazırda Qarabağda aparılan bərpa işləri bu prosesin başladığına dəlalət edir. 44 günlük müharibədən sonra torpaqlarımızın işğaldan azad edilməsi dövlət qarşısında iki mühüm məsələni aktual etdi.

“Qarabağda aparılan bərpa işləri bu prosesin başladığına dəlalət edir” – Böyük Qayıdış

1. İşğaldan azad edilən ərazilərin bərpa prosesi;

2. İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış.

Bu gün biz bərpa prosesinin şahidi oluruq. Qarabağda işğalın fəsadları aradan qaldırılmağa başlanıb, eyni zamanda Böyük Qayıdışa hazırlıq çərçivəsində yenidənqurma işləri görülür.

“Qarabağda aparılan bərpa işləri bu prosesin başladığına dəlalət edir” – Böyük Qayıdış

Hesab edirəm ki, Böyük Qayıdış siyasətinin reallaşması üçün ərazilərin minalardan tam məmizlənməsinə və təhlükəsizlik tədbirlərinin artırlmasına ehtiyac var. Minalanmış ərazilərin təmizlənməsi, düşmənin gələcəkdə bu ərazilərə yenidən iddia etməməsi üçün müvafiq işlər görülməlidir. Bu işlərdən sonar isə Böyük Qayıdış siyasəti tam olaraq öz məqsədinə çatacaq”.

Turan Rzayev

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR