Dubay əmiri boşandı - Həyat yoldaşına 730 milyon dollar ödəyəcək
Kateqoriya məlum deyil
Son zamanların ən qalmaqallı məhkəmə prosesi yekunlaşıb.
Sfera.az bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və Dubay əmiri Maktumla şahzadə Haya arasındakı boşanma davası baş tutub.Britaniya məhkəməsinin ən bahalı boşanma davasını şahzadə qazanıb. Belə ki, onun iddia etdiyi 1,9 milyard dolların yarısından azını alacağı bəlli olub.
Məhkəmə Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun 6-cı arvadına və uşaqlarına 730 milyon dollar ödəməli olduğu barədə qərar verib. Məlumata görə, təzminatdan şahzadəyə 333.2 milyon, uşaqlarına isə 384.3 milyon dollar pay düşür.
Qeyd edək ki, şahzadə Haya 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərindən uşaqları ilə birlikdə qaçaraq Böyük Britaniyaya sığınıb. Məhkəmə Əl Maktumun Hayanın telefon danışıqlarını izlətdiyini bildirərək onu və uşaqlarını qoruma tələbi irəli sürmüşdü.
Xatırladaq ki, Britaniya məhkəməsinin bundan öncəki ən yüksək təzminat qərarı azərbaycanlı iş adamı Fərhad Əhmədovla həyat yoldaşı Tatyana Əhmədova arasındakı 600 milyon dollarlıq boşanma davası ilə bağlı olub.Türkan






