Logo

“Bu kişilər sosial şəbəkəyə əyləncə üçün girib, xəyanət edirlər” - Psixoloq

“Bu kişilər sosial şəbəkəyə əyləncə üçün girib, xəyanət edirlər” - Psixoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illər ailələrdəki münaqişələri, boşanmaların olmasını sosial şəbəkələrlə, bu günlərdə isə xüsusilə "Tiktok" platformasının mövcudluğu ilə əlaqələndirirlər.

Maraqlıdır, sosial şəbəkələrin ailədə problem yaratmaqda rolu nə qədərdir? Sosial şəbəkələr kişilərə, yoxsa daha çox qadınlara təsir göstərə, onları yönləndirə bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan "Dərya” Tədris Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova bəzi kişilərin sosial şəbkələrə əyləncə üçün girdiyini və bunun da xəyanətlərə yol açdığını bildirib:

"Sosial şəbəkələr insanların həyatına gəldikdən sonra xəyanətlərin sayı artıb. Çünki həyatında boşluq olan insanlar ilk növbədə sosial şəbəkələrə daxil olurlar. Xüsusilə, evli kişilər sosial şəbəkələrə əyləncə üçün girdiyini deyib, kiminləsə tanış olub danışırlar. Lakin bu da sonradan asılılığa, bağlılığa çevrilir ki, beləliklə nəticə etibarilə ailələr dağılır. Həyat yoldaşından kifayət qədər qayğı, diqqət görməyən xanımlar da başqa biri tərəfindən bunu eşidəndə özünü xoşbəxt hiss edir. Çünki qadınlar qulağı, kişilər isə gözləri vasitəsi ilə sevirlər. Nəzərə alsaq ki, bu gün sosial şəbəkələrdə qadınların çoxu şəkillərini müxtəlif proqramlarla düzəldir, çəkir, bu da onların daha gözəl görünməsinə və qarşı tərəfi cəlb etməsinə gətirib çıxarır”.

Psixoloq ailəvi problemlərin televiziya və sosial şəbəkələrdə ictimailəşdirilməsindən də danışıb. Müsahibimiz normal ailələrin problemlərinin ictimaiyyətdən gizli qalmalı olduğunu qeyd edib:

"Əvvəllər boşanmaq ayıb sayılırdı və bu ictimailəşdirilmirdi. İndi isə insanlar problemlərinini sosiallaşdırır, verilişlərə çıxıb ailə üzvlərindən gileylənirlər. Ağsaqqalı, ağbirçəyi olan heç bir ailənin problemi ictimaiyyətdə yayımlanmaz. Hansı ailənin ki problemi müzakirə obyektinə çevrilir, demək ki, təkcə şikayətçi olan cütlükdə yox, həm də onların valideynlərində problem var. Bu gün sosial şəbəkədə problemini sosiallaşdıranlar milli-mənəvi dəyərləri tapdayan insanlardır. Çox adamın problemi var. Əksəriyyət çalışır ki, bunu ya özü, ya da psixoloq həll etsin. Problem insanlar tərəfindən müzakirə olunduqca ortaya daha çox qalmaqal çıxır”.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR