Logo

Zahid Oruc yeni media qanunundakı mübahisəli məsələlərə AYDINLIQ GƏTİRDİ

Zahid Oruc yeni media qanunundakı mübahisəli məsələlərə AYDINLIQ GƏTİRDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Tərəflər arasında qurulan işgüzar münasibətlərin hüquqi əsası olmalıdır. Beynəlxalq Jurnalistlər Federasiyası da gəlirinin əsas hissəsini bu yolla təmin edən şəxsi jurnalist kimi tanıyır".

Sfera.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin plenar iclasında "Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili yeni qanun layihəsi haqqında sual doğuran bəzi məqamlara aydınlıq gətirib:

"Heç bir müqavilən yoxdur, özün öz sahibin olaraq onlayn mediada yazılarını dərc edirsən. Sənin taleyin necə olacaq? - Heç bir müqavilə bağlamadan yazılarını öz veb-saytında yayımlayan şəxs artıq media subyektidir və onunla münasibətlər bu əsasda qurulacaq.

Parapsixologiya, mövhumatçılıq və digər xurafatların təbliğinə yola verilməmə müddəası ekstrasens və münəccimlərə qarşıdır və yəqin onlarla hüquqi davadır. Belə çıxır ki, onlar haqqında yazmaq qadağan olunur? - Sözügedən maddə informasiya verməyi deyil, onların təbliğ olunmasının yolverilməzliyini nəzərdə tutur. Avropa Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndə mənəviyyatın və sağlamlığım mühafizəsi üçün müəyyən məhdudiyyətləri tanıyır.

"Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə yol verilməməlidir" maddəsi medianı cəzalandırımaq üçün müəyyənləşib? -  Bu maddə birbaşa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təqsirsizlik prezumpsiyasının tələbidir. Qanun layihəsi heç bir halda cəzalandırıcı normanı özündə ehtiva etmir".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR