Şimali Koreyada 11 günlük matəm elan olundu - Alış-veriş və gülüş qadağandır
Şimali Koreyada keçmiş lider Kim Çen İrin ölümünün 10-cu ildönümü ilə əlaqədar 11 günlük matəm elan edilib.
Sfera.az xəbər verir ki, bu müddət ərzində ölkədə spirtli içki qəbul edilməyəcək, alış-veriş işləri aparılmayacaq və hətta gülməyə belə icazə verilməyəcək.
1994-2011-ci illərdə Şimali Koreyanın ikinci ali lideri olan və 70 yaşında vəfat edən Kim Çen İr üçün adətən 10 günlük matəm elan edilsə də bu il onun ölümünün onuncu ildönümünü qeyd etmək üçün matəmə əlavə 24 saat artırılıb.
Ölkənin şimal-şərqində sərhəddə yerləşən Sinuiju şəhərindən "Azad Asiya” radiosuna danışan bir şəxs dedi matəm vaxtı ilə üst-üstə düşən insanların öz ad günlərini belə qeyd edə bilmədiklərini, ailə üzvlərindən biri ölərsə belə ucadan ağlaya bilmədiklərini söyləyib.
Mənbənin bildirdiyinə görə, xalq Kim Çen İrin matəm müddətinin Kim İr Senin matəm müddəti kimi 1 həftəyə endirilməsini istəyir.Əzizə Zeynal






