Logo

Avropa İttifaqından Rusiyaya Ukrayna xəbərdarlığı – “Nəticəsi ağır olacaq”

Avropa İttifaqından Rusiyaya Ukrayna xəbərdarlığı – “Nəticəsi ağır olacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı (Aİ) administrasiyası Ukraynaya qarşı hərbi addım atacağı təqdirdə Rusiyaya qarşı ağır nəticələrə səbəb olacaq sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və İttifaqın müvəqqəti prezidenti, Sloveniyanın Baş naziri Janez Yansa Liderlərin Zirvə toplantısının sonunda birgə mətbuat konfransı keçiriblər.

Üzv ölkələrin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirən AB Şurasının sədri Şarl Mişel Ukraynaya qarşı hərbi təcavüz olacağı təqdirdə bunun çox ciddi nəticələrə səbəb olacağını bildirib. O, tərəfdaşlar və müttəfiqlərlə koordinasiyalı tədbirlər görməyə hazır olduqlarını qeyd edib.

Mişel bildirib ki, Aİ-yə üzv ölkələrin liderləri belə bir vəziyyətdə Rusiyaya qarşı iqtisadi sanksiyaları aktivləşdirməyə razılaşıblar.

Ursula Fon Der Leyen isə daha əvvəl Rusiyanın Ukrayna sərhəddindəki hərbi istehkamları ilə bağlı hansı mövqedə olduqlarını açıqladıqlarını və Rusiyanı təcavüzdən çəkinməyə, həmçinin gərginliyi azaltmağa çağırıb.

O, Moskva ilə yaxşı münasibətlər istədiklərini və bunun Rusiyadan asılı olduğunu qeyd edərək Rusiya Ukraynaya qarşı tədbir görəcəyi təqdirdə Avropa İttifaqının Rusiyaya baha başa gələcək sanksiyalar tətbiq edəcəyini və bu məsələ üzərində işlədiklərini vurğulayıb.

Sloveniyanın baş naziri Janez Yanşa Aİ ölkələrinin ortaq mövqedə hərəkət etdiyini və Rusiyanın Krımı ilhaq etdiyi zaman yaranmış vəziyyətin təkrarlanmasına imkan verməyəcəklərini diqqətə çatdırıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR