Logo

“Ermənistanla qalıcı bir münasibətin qurulacağını düşünmürəm” – Türkiyəli millət vəkili

“Ermənistanla qalıcı bir münasibətin qurulacağını düşünmürəm” – Türkiyəli millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması üçün addımlar atılacağını və bu istiqamətdə müəyyən işlərin görüləcəyini bəyan edib.

Nazir Ermənistanın Azərbaycana qarşı iddialarından əl çəkəcəyi təqdirdə münasibətlərin qaydaya düşə biləcəyini deyib.

Maraqlıdır, Ermənistan və Türkiyə, eləcə də Azərbaycan-Ermənistan arasında qalıcı sülh real görünürmü?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel diplomatik münasibətlərin dövlətlərarası dostluğa çevriləcəyinə şübhə ilə yanaşdığını deyib:

"Əvvəllər düşmən dediyimiz ölkə ilə indi görüşüb, danışıqlara gedirik. Xarici siyasətdə bu,  çox da güvəniləcək bir xətt deyil. Amma Ermənistanın nə Türkiyə, nə də Azərbaycanla münasibəti tarixin heç bir dönəmində stabil olmayıb. Açığı, mən indi də hər iki ölkənin Ermənistanla dost ola biləcəyini düşünmürəm".

Deputat qalıcı sülhün olmayacağını da sözlərinə əlavə edib: "Mən insanlar arasında dostluq olmasından yanayam, amma diplomatik münasibətlər insanlar arasındakı dostluqdan ibarət deyil, dövlətlər arasındakı münasibətlərdən ibarətdir. Bu baxımdan Ermənistanla qalıcı bir münasibətin qurulacağını düşünmürəm. Hazırda Türkiyə hökumətinin başı iqtisadi məsələlərə qarışıb, siyasi münasibətlər arxa plana düşüb".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR