Logo

“Daxili turizm niyə baha olmalıdır?” – Qənirə Paşayeva

“Daxili turizm niyə baha olmalıdır?” – Qənirə Paşayeva
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vətəndaşlar deyir ki, Azərbaycanın turizm bölgəsində 5 günə qaldığımız pula Türkiyədə bir həftə dincələ bilərik. Axı bizdə daxili turizm niyə belə baha olmalıdır?”

Sfera.az xəbər verir ki, bu sözləri Qənirə Paşayeva Milli Məclisin plenar iclası zamanı deyib.

O, həmçinin bilet qiymətlərin çox baha olmasından da gileylənib:

"Özbəkistanda olanda oradakı heyəti Azərbaycana dəvət etdim. Lakin onlar mənə bildirdilər ki, 2 saata gedəcəyimiz yolu biz gərək Türkiyəyə uçaq, oradan təyyarəni dəyişək. Bu isə bizim 10 saatdan çox müddətimizi alacaq. Bundan başqa yol qiyməti ABŞ-a olan bilet qiymətləri ilə eyni başa gələcək. Biz illərlədir bu problemi müzakirə edirik”.

Millət vəkili regionlarda mədəni turizm üçün yaradılmayan şəraitdən də danışıb. O, bildirib ki, bu problemlərin həll olunması üçün ayrılan vəsaitlərin də ünvanı bilinmir:

"Göytəpə arxeoloji park haqqında Prezident 9 ildir ki, sərəncam verib. Ancaq heç bir iş görülməyib. Hanı ora ayrılan vəsait? Bundan başqa 9 ildir Nizami Gəncəvinin heykəli Bərdədən götürülüb ki, təmir edilib yeri dəyişdiriləcək, ancaq bu il Nizami ilində də bu edilmədi”.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR