Başqasının yalan danışdığını necə anlamaq olar? – Maraqlı əlamətlər
Kateqoriya məlum deyil
Qarşınızdakı insanın yalan danışıb-danışmadığını necə anlamaq olar?
Sfera.az xəbər verir ki, türkiyəli mütəxəssis Şənol Baygül yalanın aşkarlanması ilə bağlı mühüm məlumatlar verib.
"Hər gün 200-ə qədər yalan eşidirik. İnsanlar yalan danışan zaman daha çox düşünür və daha çox tərəddüd edirlər ki, dediklərini zehinlərində toplaya bilsinlər.Gündəlik dialoqlarda əhəmiyyət verilməyən mikro ifadələr əslində bizə hər şeyi izah edir. Məsələn, əgər gülümsədiyimiz zaman gözlərimizin ətrafında qırışlar yoxdursa, o təbəssüm çox güman ki, saxtadır.
Başqa bir misal kimi, insan danışarkən qeyri-ixtiyari olaraq dodaqlarını aşağı bükürsə, bu, hətta onun dediyi sözlərə inanmadığını göstərir.
Əgər sizə deyilən bir hadisənin yalan olduğundan şübhələnirsinizsə, qarşıdakı şəxsdən hadisəni sizə tərsinə söyləməsini xahiş edin. Hekayəsini əzbər danışan yalançı heç vaxt əzbərləməyi düşünməz. Yaxşı yalançının yaddaşı yaxşı olmalıdır. Pis yalançılar bədən hərəkətlərini və səs tonlarını idarə edə bilmirlər və yalanlarını bu şəkildə biruzə verirlər.Turan Rzayev






