Logo

Koronavirus bu tarixdən etibarən mövsümi xəstəliyə çevriləcək – Məşhur həkim açıqladı

Koronavirus bu tarixdən etibarən mövsümi xəstəliyə çevriləcək – Məşhur həkim açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

COVID-19 2022-ci ilin sentyabrından etibarən mövsümi qrip formasına çevriləcək.

Sfera.az bildirir ki, bu barədə koronavirusa qarşı istehsal ediləcək "Molnupiravir” adlı dərmanın Türkiyədəki klinik araşdırmalarını aparan infeksionist İftihar Köksal deyib.

"Test zamanı sözügedən dərmanın peyvənd olunmamış insanlarda belə 48 saat ərzində istifadə olunacağı halda, müdafiə təmin etdiyini gördük. Vaksinasiya həmişə davam edəcək. COVID-19-un isə, 2022-ci ilin sentyabr ayından etibarən mövsümi qrip formasına keçəcəyini proqnozlaşdırırıq. Bu o deməkdir ki, qrip peyvəndləri kimi, ilin müəyyən vaxtlarında koronavirus əleyhinə peyvəndə də  ehtiyacımız olacaq”, - deyə o bildirib.

Professor, həmçinin əlavə edib ki, yanaşı xəstəliyi olmayan və koronavirusa yoluxanlar, yeni hazırlanmış dərmanlar sayəsində müalicə oluna biləcəklər.

ABŞ Jackson Laboratoriyasının immunologiya mütəxəssisi Derya Forgetz isə, ABŞ və İngiltərədə istifadə edilən dərmanların virusa daxil olduqdan sonra çoxalmanın qarşısının alındığını deyib:

"”Sotrovimab” adlı dərman bədənimizdə oxşar qoruyucu anticisimləri ehtiva edir. Bu dərmandan başqa bir neçə fərqli dərmanın istehsalı da oxşar formada olacaq.  Bu baxımdan koronavirusun 2022-ci ilin yazından etibarən, ölümcül xəstəliklər siyahısından çıxacağını, pandemiyanın bitəcəyini təxmin edirik”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR