Rusiya sərhədlərinə yaxınlaşan Fransa və ABŞ təyyarələri ilə bağlı açıqlama: "Uzaqlaşdırdıq..."
Rusiya Müdafiə Nazirliyi dekabrın 9-da Rusiya sərhədlərinə yaxınlaşan Fransa və ABŞ döyüş təyyarələrinin Rusiya silahlı qüvvələri tərəfindən yaxından izlənildiyini və Rusiya sərhədindən çıxarıldığını açıqlayıb.
Sfera.az xəbər verir ki, açıqlamada Rusiya hava məkanının Qara dənizin neytral suları üzərində Rusiya dövlət sərhədinə yaxınlaşan hava hədəfləri müəyyən edilib.
Bildirilir ki, hava hədəflərini müəyyən etmək üçün üç "Su-27 tipli" döyüş təyyarəsi hava bazasından havaya qalxıb. Rusiya təyyarələri ABŞ Quru Qoşunlarına məxsus "Bombardier CL-600" tipli kəşfiyyat təyyarəsini, Fransa Hərbi Hava Qüvvələrinə məxsus "Dassault Mirage 2000" və "Dassault Rafale" tipli döyüş təyyarələrini və "RC-135" tipli kəşfiyyat təyyarəsini aşkarlayıb. Xarici hərbi təyyarələrin Rusiya sərhədindən çıxarılmasından sonra rus qırıcıları sağ-salamat bazaya qayıdıblar.
Əzizə Zeynal





