Logo

Qırğızıstan parlamenti ruslarsız qaldı – Son 30 ildə ilk dəfə

Qırğızıstan parlamenti ruslarsız qaldı – Son 30 ildə ilk dəfə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müstəqil Qırğızıstan tarixində ilk dəfə olaraq parlamentə etnik rus seçilməyib.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizinin sayılmasını başa çatdırıb və yekun nəticələri açıqlayıb. Nəticələrə əsasən, Respublikanın milli azlıqları arasında üç dunqan, özbək və taciklərdən isə bir deputat seçilib. Ruslardan heç kim parlamentə düşə bilməyib. Həmçinin yeni parlamentə 18 qadın seçilib.

Qeyd edək ki, Qırğızıstan əhalisinin sayı 6,6 milyon nəfərdir. Əhalinin 5,6 faizi, yəni 370 min nəfəri etnik rusdur. Taciklərin sayı 65 min, dunqanların sayı 73 min, özbəklərin sayı 971 min nəfərdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR