Logo

“Qarabağ”ın “Bazel”lə oyunda qələbə qazanacağına inanıram - Ekspert

“Qarabağ”ın “Bazel”lə oyunda qələbə qazanacağına inanıram - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"H qrupun son oyunu "Qarabağ” üçün çox önəmlidir. Nəzərə almaq lazımdır ki, bu oyun həm də qrup liderinin kim olacağını müəyyən edəcək. Düzdür, "Qarabağ” artıq qrupdan çıxmaq şansını əldə edib, lakin təmsilçimiz yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər".

Bu sözləri Sfera.az-a açıqlamasında idman eksperti Sənan Şəfizadə dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü öncəsi komandamızın şanslarını dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Qarabağ rəqibi üstələyə bilməsə, bu zaman 1/16 finalda Avropa Liqasından gələcək klubla qarşılaşacaq:

"Hesab edirəm ki, "Qarabağ” "Bazel”lə oyuna yaxşı hazırlaşıb. Oyun öncəsi komandamızın heyətinin vəziyyəti çox yaxşıdır. Digər tərəfdən, baş məşqçi Qurban Qurbanov da qarşıdakı oyunun əhəmiyyətini yaxşı bilir. Q. Qurbanov illərdir ki, Azərbaycan futboluna yüksək nəticələr qazandırıb. Buna görə də deyə bilərəm ki, həm o, həm də komandası bu oyuna hazırdır”.

S. Şəfizadə "Bazel”lə oyunda "Qarabağ”ın üzləşə biləcəyi çətinliklər haqda danışıb:

"Bazel" - "Qarabağ" görüşündə rəqibin üstün tərəfləri də var. Əvvəla, qeyd etmək lazımdır ki, oyun "Sent Yakob Park"da, yəni "Bazel"in öz meydanında keçiriləcək. "Bazel" öz meydanına yaxşı oyanayan bir klubdur. Digər tərəfdən, rəqibin azarkeş dəstəyi olacaq. Bundan başqa, bir məqam da qeyd etmək lazımdır ki, son oyunlarda "Qarabağ” hakimlərin ədalətsiz qərarları ilə üzləşir. Yeri gəlmişkən, "Bazel" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu üçün hakim təyinatları açıqlanıb. Oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Fran Yoviç olacaq. Ona Hrvoye Radiç və Luka Puşiç yan xətt hakimləri qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İvana Martinçiç yerinə yetirəcək.

Bütün hallarda mən "Qarabağ”ın "Bazel”lə oyunda qələbə qazanacağına inanıram. Təmsilçimiz bununla H qrupunu lider kimi bitirərək 1/8 finala yüksələcək.
Qeyd edək ki, dekabrın 9-da "Sent Yakob Park"da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR