NASA lazerlə Yerə məlumat yollayacaq – 100 dəfə daha sürətli...
Kateqoriya məlum deyil
NASA lazer vasitəsilə məlumatları kosmosdan Yerə göndərəcək.
Sfera.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) dekabrın 4-də Lazer Əlaqə Relay sistemini (LCRD) raketlə kosmosa çıxaracağını açıqlayıb. NASA məlumatları kosmosdan Yerə ötürərək, ictimaiyyəti buraxılış proqramının bir hissəsi kimi fəaliyyətlərdə iştirak etməyə dəvət edəcək. Lazer Əlaqə Relay sistemi görünməz infraqırmızı lazerlər üzərindən saniyədə təxminən 1,2 Gb sürətlə orbitdən Yerə məlumat göndərmək və qəbul etmək üçün NASA-nın ilk lazer rele sistemi olacaq.
Həmçinin, LCRD-nin ənənəvi radiotezlik sistemlərindən 10-100 dəfə daha sürətli məlumat ötürəcəyi, lakin az xərc və az enerji ilə işləyəcəyi bildirilib. NASA ictimaiyyəti dekabrın 4-də təqdimat tədbirinə dəvət edib.Əzizə
Sfera.az





