Logo

“Bu edilməsə erməni təxribatlarının qarşısını almaq mümkün olmayacaq” – Türk general

“Bu edilməsə erməni təxribatlarının qarşısını almaq mümkün olmayacaq” – Türk general
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına və terror aktlarına qarşı layiqli cavab verməlidir. Bu, zərurətdir. Belə olmasa, düşmənin terror hərəkətlərinin qarşını almaq mümkün olmaz”.

Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan əvvəllər olduğu kimi indi də əsl məqsədinin sülh və sabitlik olmadığını bir daha göstərdi:

"Görünür, Ermənistan hələ ağıllanmayıb. Əgər Ermənistan təxribat və terror fəaliyyətinə davam edərsə, İkinci Qarabağ müharibəsindən daha ağır məğlubiyyətə hazır olmalıdır. Əvvəla, ona görə ki, Azərbaycan Ordusunun ölkə sərhədlərində Ermənistanın bütün hərbi müdaxilə cəhdi və bu konteksdə terror hərəkətlərinə qarşı tədbirlər həyata keçirmək hüququ var. İstənilən halda bu beynəlxalq hüquqa uyğundur.

Digər tərəfdən Ermənistan özünün milli güc ünsürləri ilə Azərbaycanın qarşısında dura və savaşa bilməz. Müharibə zamanı Ermənistan ordusunun 60 faizi məhv edilib. Bunun bərpası üçün illər lazımdır. Təsadüfi deyil ki, Ermənistan KTMT və Rusiyadan yardım istəyib, ancaq Rusiyanın və KTMT-nin də Ermənistanın bu oyununun fərqində olduğunu düşünürəm”.

Y. Karauzun sözlərinə görə, indiki halda kimin sülh, kimin müharibə istədiyi bəllidir:

"Məsələ ondadır ki, Prezident İlham Əliyev dəfələrlə lazımi addımlar atılacağı təqdirdə Ermənistanla sülh müqaviləsini müzakirə etməyə və imzalamağa hazır olduğunu bildirib. Ermənistan isə prosesi uzatmağa çalışır. Bu da azmış kimi, təxribat fəaliyyətlərini də həyata keçirərkən dezinformasiya yayaraq Rusiyanı, KTMT-ni, ATƏT-in Minsk Qrupunun həmsədrlərini köməyə çağırır. Guya təxribatların Azərbaycan tərəfindən törədildiyini göstərmək istəyir. Ancaq belə fəndlər artıq köhnəlib və dünyada Ermənistanı diqqətə almırlar”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR