İki ildə 18 nəfəri öldürüb - Seçdiyi qurbanlar yalnız qocalar olub
ABŞ ictimaiyyəti bu gün başlayacaq bir məhkəmə işinə köklənib. Bu gün iki il ərzində 17-si qadın olmaqla 18 nəfəri qətlə yetirən Billi Çemirmir məhkəmə qarşısına çıxarılıb. Qatilin kimləri qurban seçməsi və qətlləri necə törətməsi isə qan dondurur.
Sfera.az xəbər verir ki, Billi Çemirmir yalnız ahıl yaşda olan və əsasən baxım evlərində yaşayan qocaları hədəf seçirmiş. O, ABŞ-da 2016-2018-ci illərdə 17-si qadın olmaqla 18 qocanı öldürüb. ABŞ mətbuatında yer alan xəbərə görə, 48 yaşlı qatil Texas ştatının Dallas şəhərində 18 qurbanından biri olan Lu Thi Harrisin ölümü ilə bağlı mühakimə olunacaq.
Xoşbəxtlikdən qatilin hücum etdiyi bütün şəxlər qurbana çevrilməyib. Belə ki, qatil növbəti qurbanı kimi 91 yaşlı bir qadını seçir. Qayğıya ehtiyacı olan yaşlı insanlar üçün yardımçı yaşayış müəssisəsində qalan yaşlı qadına 2018-ci ilin mart ayında hücum edən manyak onu otağında yastıqla boğub. Huşunu itirən qadının öldüyünü zənn edən qatil ərazidən uzaqlaşıb. Lakin yaşlı qadın bir müddət sonra özünə gəlib və hadisə ilə bağlı polisi məlumatlandırıb.
Polis bu hadisənin izi ilə qatilin axtarışına çıxır. Növbəti gün polis qatili və onun oğurladığı qızıl-zinət əşyalarını tapır.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis 81 yaşlı Harrisin cəsədini Dallasdakı evinin yataq otağında aşkarlayır. Harrisin yastığındakı dodaq boyasının izləri 91 yaşlı qadına hücumda olduğu kimi onun da yastıqla öldüldüyünü üzə çıxarıb.
Bu və digər faktların aşkarlanmasından sonra polis manyakın yalnız ahıl yaşda olan qocaları hədəf seçdiyini və onların boğularan öldürüldüyünü müəyyən edib. Buna görə də polis bölgədə yaşlı insanlar arasında qeydə alınan yüzlərlə ölüm hadisəsini araşdırılacağını açıqlayıb.Vasif






