Trampın oteli satışa çıxarılıb – 375 milyon dollar...
ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus "Trump International Hotel”in 375 milyon dollara satılır. Bu məqsdələ Mayamidə yerləşən investisiya şirkəti ilə müqavilə bağlanıb.
Sfera.az bildirir ki, "BBC”də yer alan xəbərdə Trampın Vaşinqtondakı ailə şirkəti olan "Trump Organization” adlı otelin satışı üçün "CGI Merchant Group” ilə razılaşdığı bildirilib.
Açıqlamada otelin satışı üçün 375 milyon dollar razılaşdırıldığı və rəsmi transferin 2022-ci ilin birinci rübündə həyata keçiriləcəyi qeyd olunub. Bundan başqa satışdan sonra otelin yeni adının "Waldorf Astoria” olacağı və bu Hilton Group tərəfindən idarə olunacağı bildirilib.
Qeyd edək ki, ABŞ Senatı Trampa qarşı "Konstitusiyanın federal məmurların xarici hökumətlərdən milyonlarla dollarlıq ödənişlər alaraq digər hökumətlərdən hədiyyə və ya ödəniş almasını qadağan edən müvafiq maddəsini" pozmaqda ittiham edərək istintaqa başlayıb.
Araşdırma zamanı məlum olub ki, Trampın prezidentliyi dövründə otel 70 milyon dollar itirib və xarici hökumətlərdən 3,7 milyon dollar ödəniş alıb.Tramp Təşkilatı isə istintaqla bağlı hesabatı yanlış adlandırıb.
Xatırladaq ki, sözgedən bina Ağ Evdən bir qədər aralı məsafədə 2016-cı ilin sentyabrında açılıb. Bina 2012-ci ildə "Trump Organization” tərəfindən satın alınsa da, Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd olduqdan sonra otel kimi fəaliyyətə başlayıb.
Əzizə Zeynal





