Logo

Bakı tədricən İrəvanı muhasirəyə alır - Açıqlama

Bakı tədricən İrəvanı muhasirəyə alır - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"15 noyabr saat 00:00-dan Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlayıb”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand və digər kəndlərinin əhalisi üçün iki seçim var:

"Ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə (Mehriyə gedib, oradan Qafana keçəcəklər) qət etməli olacaqlar. Gorus-Qafan yolunda gömrük məntəqəsinin qurulması Şahverdilər (Vorotan), Şurnux və Bərdzrəvan kəndlərini, Qafan-Çakaten yolunda gömrük məntəqəsinin qurulması Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand kəndlərini çətin vəziyyətə salır. Hər iki istiqamətdə Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yol əlverişsizdir. Bununla da Bakı Paşinyan hakimiyyətini də siyasi blokadaya salır”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR