Logo

“Dövlət və cəmiyyət ayrılmaz bir bütündür ” – Politoloq

“Dövlət və cəmiyyət ayrılmaz bir bütündür” – Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İctimai və dövlət maraqlarının uzlaşması və müdafiəsi bütün dövrlərdə dövlətləri və cəmiyyətləri düşündürən məsələ olub. Bu gün də bu mövzu əksər siyasətçiləri, təşkilatları, müxtəlif fəaliyyət sferalarında çalışan insanları düşündürür.

Maraqlıdır, ölkəmizdə ictimai və dövlət maraqlarının uzlaşması və qarşılıqlı müdafiəsi işi necə qurulub? Bu sahədə daha hansı işlər görülməlidir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Politoloq Samir Hümbətov deyib ki, dövlət və cəmiyyət hər zaman bir-birinin maraqlarını qorumağa məcburdur:

“Dövlət və cəmiyyət ayrılmaz bir bütündür” – Politoloq

"Dövlət təhlükəsizliyinin qorunması ictimai asayişin bərpa edilməsi dövlətin hər zaman diqqət mərkəzində olmalıdır. Bunun üçün dövlət ilk növbədə cəmiyyətlə arasındakı münasibətlər sistemini düzgün təşkil etməlidir. Yəni dövlət - cəmiyyət qarşılıqlı kommunikasiyası pozulmasa və intensiv inkişaf etdirilsə, cəmiyyət dövlətin maraqlarını həm də cəmiyyət maraqları olaraq görəcək. Bu gün bəzi ölkələrdə cəmiyyət və dövlət arasında ciddi uçurumların olduğunu görə bilərik. Bu həm də gələcəkdə həmin cəmiyyətin öz daxilində qütbləşməyə səbəb olur. Çünki cəmiyyət dövlətinə inanmadıqda onun maraqlarını öz maraqları olaraq görmür. Bu mənada dövlət hər zaman cəmiyyətlə qarşılıqlı kommunikasiyaya diqqət etməli, bunu qorumalıdır”.

Politoloq hesab edir ki, dövlət maraqlarının təmin olunması daha ümdə məqsədə çevrilməlidir:

"Dövlət maraqları şəxsi maraqlardan hər zaman üstün olmalıdır. Cəmiyyətin rifahını dövlət təmin etsə də unudulmamalıdır ki, dövlət olmadıqda cəmiyyət də ola bilməz. Bu mənada deyə bilərik ki, cəmiyyət və dövlət bir bütün olsa da, dövlətin aliliyi daha üstündür. Cəmiyyət öz maraqlarını dövlət maraqlarından üstün görməməlidir.

Dövlət və vətəndaş arasında düzgün inamın hər zaman formalaşmalıdır. Çünki dövlət və vətəndaş arasında inam nə qədər güclü olarsa, bu birbaşa həmin dövlətin dövlət maraqlarının təmin edilməsinə təsir edəcək. Dünya təcrübəsinə baxdıqda biz inkişaf etmiş ölkələrdə dövlətin vətəndaşa verdiyi güvənin başlıca faktor olduğunu görə bilirik. Yəni vətəndaş dövlətə nə qədər çox güvənsə, onun maraqlarını da bir qədər qorumuş olar.

Ölkəmizdə bu gün bu istiqmətdə müntəzəm işlər aparılır. Vətəndaş - dövlət, dövlət-cəmiyyət münasibətləri başlıca prioriteti olaraq saxlanılır. Vətəndaşı narahat edən maraqlar hər zaman dövlətin diqqət mərkəzindədir”.

Turan Rzayev

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi.

“Dövlət və cəmiyyət ayrılmaz bir bütündür” – Politoloq

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR