Logo

Saakaşvili aclıq aksiyasını dayandırmaq üçün şərtlərini AÇIQLADI

Saakaşvili aclıq aksiyasını dayandırmaq üçün şərtlərini AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Saxlanıldıqdan sonra 42-ci gündür həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu gün aclıq aksiyasını dayandırmaq qərarına gəldiyini, lakin müəyyən şərtlərlə bunu edəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə o öz rəsmi Facebook səhifəsində dərc olunan məktubunda bildirib.

"Strasburq məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq aclıq aksiyasını dayandırmaq qərarına gəldim. Lakin bunun üçün şərtlər var", - deyə məktubda bildirilir.

Yazıda qeyd olunur ki, aclıq aksiyası bitirdikdən sonra o, mülki klinikada reabilitasiya dövrü keçməlidir.

Saakaşvili vurğulayır ki, aclıq aksiyasını dayandırmaq kifayət qədər mürəkkəb prosessdir və həbsxana xəstəxanasında texniki şərait, ixtisaslı tibb işçiləri və təhlükəsizlik təminatları yoxdur, ona görə də o, mülki klinikaya köçirilməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR