Logo

Üçtərəfli görüş niyə baş tutmadı? - Üç SƏBƏB

Üçtərəfli görüş niyə baş tutmadı? - Üç SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə həftə idi, ölkə gündəminin əsas mövzularından biri üçtərəfli görüş idi. Həm erməni, həm də rus mətbuatında yayılan məlumatlara görə, 9 və ya 10 noyabr tarixində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin görüşməli və sülh müqaviləsinə imza atmalı idilər. Lakin gözləntilər gerçəkləşmədi.

Maraqlıdır, üçtərəfli görüş hansı səbəbdən baş tutmadı?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı xatırladıb ki, üçtərəfli görüşlə bağlı məlumatlar Rusiya Xarici İşlər nazirliyinə istinadən yayılmağa başlamışdı:

"Hələ o zaman hər iki tərəfin nəbzinin yoxlanıldığını demişdim – həm Ermənistanda, həm də Azərbaycanda. Belə göründü ki, Ermənistanda buna aqressiv şəkildə cavab verildi. Paşinyana qarşı müxalifət mitinqləri baş tutdu. Biz də müəyyən diskussiyalar etdik, – 1920-ci il xəritəsinə görə eyforiyaya düşdük. Bəs üçtərəfli görüşün baş tutmama səbəbləri nələrdir? Ən birinci səbəb ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə deyirdi ki, biz Ermənistanla sülh müqaviləsinə hazırıq, yetər ki, istəklərimizi yerinə yetirsinlər. Amma şəxsi düşüncəmə görə,  Ermənistan və Rusiya irəli sürdüyümüz şərtləri qəbul etmir”.

Müsahibimiz sözügedən şərtlərdən də söz açıb:

"Bunlar: Qarabağdakı qeyri-qanuni erməni birləşmələri çıxmalıdır; Qarabağın idarə olunması Bakı ilə Moskva arasında razılaşdırılmalıdır; Zəngəzur dəhlizi nəqliyyat kommunikasiyası açılmalıdır.

Digər məsələlər status və rus sülhməramlılarına beynəlxalq mandatı verməməyimizdir. Əsas qeyd etdiyim üç məsələdir ki, qəbul edilmədiyinə görə, sülh müqaviləsi imzalanmadı. Bundan əlavə də, Ermənistandakı revanşist qüvvələr də sərt reaksiya göstərdi. Ümumilikdə, Azərbaycanın irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi, müqavilənin dövlət maraqlarına cavab verməməsi əsas maneələrdən olub. Əgər bu şərtlər qəbul olunarsa və ya situasiya dəyişərsə, sülh müqaviləsi imzalana bilər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR