Logo

“Saakaşviliyə telefonla danışmaq qadağandır”

“Saakaşviliyə telefonla danışmaq qadağandır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin telefon danışıqlarına qoyulan məhdudiyyət qüvvədə qalır.

Sfera.az xəbər verir ki, bunu prokuror Carci Tsiklauri qeyd edib. Çərşənbə günü Tbilisi şəhər məhkəməsi eks-prezidentin 2007-ci ilin noyabrı işi üzrə həbs-qətimkan tədbirini ləğv edib. Saakaşvilinin vəkilləri bildiriblər ki, bu yolla Saakaşvili telefon danışıqları hüququ əldə edə biləcək. Tsiklauri isə bunu inkar edib:

"Biz ittiham tərəfi olaraq ədalətin maraqlarına əsaslanaraq təqsirləndirilən şəxslərin müəyyən hüquqlarını, o cümlədən telefon danışıqlarını məhdudlaşdırdıq. Bu məhdudiyyət qüvvədə qalır, çünki bizim qanuni hüququmuz var və ondan ədalətin bərqərar olması üçün istifadə edirik”.

Onun sözlərinə görə, məhkəmə yalnız həbs-qətimkan tədbirini ləğv edib, hüquqların məhdudlaşdırılmasını yox.

(Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR