"Üçüncü Dünya müharibəsi bu bölgədən çıxa bilər, Türkiyə təcili..." - Cəmaləddin Latic
Kateqoriya məlum deyil
"Bu bölgə 1-ci və 2-ci Dünya müharibələrinin başlanğıc nöqtəsi idi. Hazırda supergüclər bölgəyə toplaşır".
Sfera.az xəbər verir ki, bu sözləri Bosniya müharibəsinin liderlərindən olan və Bosniya dövlət himninin müəllifi professor Cəmaləddin Latic deyib.
O, Serbiya tərəfinin qəsdən gərginliyi artırdığını və bölgəni yeni xaosa sürükləməyə çalışdığını bildirib:
"Serblər Monteneqro, Kosovo, Bosniya və Makedoniyanın daxil olduğu coğrafiyada Böyük Serbiya arzusundadırlar. Gərginlik azaldıla bilməsə, Üçüncü Dünya müharibəsi eyni bölgədən çıxa bilər. Türkiyə öz gücünü regionda hər aspektdə daha güclü hiss etdirməlidir. O, burada olmalıdır".
Turan Rzayev
Sfera.az






