Logo

COVID-19-a qarşı dərman istehsal edilir - Ölüm riskini yarıya endirəcək

COVID-19-a qarşı dərman istehsal edilir - Ölüm riskini yarıya endirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
COVID-19-a qarşı tətbiq olunacaq dərmana ilk razılıq gəlib.

Sfera.az bildirir ki, İngiltərə ABŞ-ın "Merck” şirkətinin istehsal edəcəyi preparatı təsdiqləyib. Beləliklə, sözügedən ölkə vaksinin ardınca, dərmana da ilk razılıq verən ölkə olub.

"Washington Post”un məlumatına görə, "Merck” şirkətinin direktoru Robert Davis "Molnupiravir” dərmanının qısa müddət ərzində koronavirus xəstələrinə təqdim ediləcəyini deyib.

Qeyd edək ki, şirkət ötən həftələrdə dərmanın təcili istifadə icazəsi üçün ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsinə müraciət etmişdi. Bundan əvvəl, "Molnupiravir”in COVID-19-a yoluxma ehtimalı yüksək olanlar üçün ölüm riskini yarıya endirə biləcəyi qeyd edilmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR