Logo

Azərbaycanda 5 yaşa qədər uşaqlara vaksin vurulacaq?

Azərbaycanda 5 yaşa qədər uşaqlara vaksin vurulacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

Sfera.az-ın məlumatına görə, o, APA-ya açıqlamasında bildirib ki, bununla bağlı tövsiyə yoxdur:

"Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara vaksin vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə vaksin vurulması nəzərdə tutulmayıb”.

Qeyd edək ki, ABŞ-da 5 yaşına qədər uşaqlara vaksin vurulması tövsiyə edilir.Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə vaksin vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR