Logo

“Uşaqlarda öskürək və qızdırma 3 gündən çox davam edərsə...” – Pediatrdan XƏBƏRDARLIQ

“Uşaqlarda öskürək və qızdırma 3 gündən çox davam edərsə...” – Pediatrdan XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tanınmış pediatr Vaqif Qarayev son zamanlar uşaqlar arasında yayılan mövsümi xəstəliklərlə bağlı xəbərdarlıq edib.

Sfera.az bildirir ki, mütəxəssis uşaqlar arasında qızdırma, burun tıxanıqlığı, öskürəyin daha çox müşahidə edildiyini deyib:

"Bundan əlavə, yüngül qızdırma, qusma, ishal, eyni zamanda boğucu öskürək, xışıltı, təngnəfəslik (daha çox allergiyası olan uşaqlarda) də bu əlamətlər sırasındadır. Qeyd etdiyim xəstəliklər əsasən məktəb yaşlı uşaqlar arasında yayılıb. Bəzən əlamətlər COVI-19-a  oxşadığından valideynlər narahat olur. Lakin sadəcə həkimə müraciət edərək narahatlığa son qoymaq olar”.

Pediatrın sözlərinə görə, valideynlər uşaqları xəstə olmasına baxmayaraq, məktəbə göndərirlər:

"Yenə də məktəb summativ filan adı ilə xəstə uşaqları məcbur dərsə gətizdirir. Bu, düzgün deyil. Uşaqlara evdə qızdırmasalıcı vermək, bol maye içməsini təmin etmək, menyusunda meyvə-tərəvəzə üstünlük vermək mümkündür. Amma  hər öskürəyə görə antibiotik vermək olmaz! Antibiotiki həkim təyin etməlidir. Öskürək və qızdırma isə, üç gündən çox davam edərsə, mütləq həkimə müraciət olunmalıdır. Xüsusən təngnəfəsliyi və xışıltısı olan uşaqları dərhal həkimə göstərmək lazımdır! Qusma və ishalı olan uşaqlarda özünümüalicə yolverilməzdir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR