Logo

Bolqarıstan Türkiyə sərhədinə yüzlərlə əsgər və texnika göndərdi - Nə baş verir?

Bolqarıstan Türkiyə sərhədinə yüzlərlə əsgər və texnika göndərdi - Nə baş verir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bolqarıstan Türkiyə ilə sərhədə 350 əsgər göndərib

Sfera.az bildirir ki, bu barədə ölkənin müdafiə naziri Georgi Panayotov açıqlama verib.

O, Əfqanıstanda "Taliban”nın hakimiyyəti ələ keçirməsindən sonra Avropaya immiqrantların axını olduğunu vurğulayıb və Türkiyə sərhədindən də Bolqarıstana qaçqınların qeyri-qanuni keçidlərinin qarşısını almaq üçün bu addımın atıldığını bildirib.

Nazir qeyd edib ki, sərhədə 350 əsgərdən əlavə, 40 texnika da göndərilib. Digər tərəfdən Bolqarıstan Daxili İşlər nazirliyinin məlumatına görə, bu ilin ilk 9 ayında 6 min 500-dən çox insan qanunsuz olaraq, Türkiyə sərhədindən ölkəyə daxil olub və bu rəqəm 2020-ci ilə nisbətdə 3 dəfə çoxdur.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan avqust ayında Yunanıstan və Türkiyə sərhədinin hasarlanmasına kömək etmək üçün 400-700 əsgər göndərmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR