Logo

Bakı Rusiyadan məşhur qırıcıları alacaq - Korotçenkodan İDDİA

Bakı Rusiyadan məşhur qırıcıları alacaq - Korotçenkodan İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko maraqlı iddia irəli sürüb.

Sfera.az xəbər verir ki, o, Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayevin sözlərini şərh edərkən gözlənilməz məqama toxunub:

"Görünür, Rusiya silahlarının Azərbaycana yeni, miqyaslı tədarükü nəzərdə tutulub. Moskva erməni tərəfini buna hazırlayır".

Ekspert 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında müqavilə imzalanacağını proqnozlaşdırır. Onun fikrincə Rusiya Azərbaycana idarəolunan raket və bomba silahlarının tam dəsti ilə birlikdə MiQ-35 və ya Su-35 qırıcılarının, ZRS S-400, ZRK "Tor-M2” və digər növ silahları satacaq.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR