Logo

ABŞ və Çin QARŞI-QARŞIYA: “Tərəflər geri çəkilmək fikrində deyil”

ABŞ və Çin QARŞI-QARŞIYA: “Tərəflər geri çəkilmək fikrində deyil”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-la Çin arasında gərginlik artmaqda davam edir. Hər iki ölkənin "Tayvan mübarizəsi” son günlərin əsas müzakirə obyektinə çevrilən hadisələrdən biridir.

Maraqlıdır, tərəflərdən hansısa geri addım atacaqmı?

Sfera.az bildirir ki, bununla bağlı politoloq Elxan Şahinoğlu ABŞ prezidenti Co Baydenin 22 oktyabr açıqlamasında Çini hədələdiyini xatırladıb. Onun sözlərinə görə, Ağ Ev sahibi deyib ki, Çin Tayvana hücum edəcəyi halda, Vaşinqton ada dövlətini müdafiə edəcək:

"Bayden bildirib ki, Amerikanın Tayvanı qorumaqla bağlı öhdəliyi var və Tayvanla bağlı status-kvonun dəyişməsinə imkan verməyəcək. Onun açıqlamasını Ağ Evin mətbuat katibi Cen Psaki də şərh edib. O, jurnalistlərin suallarına cavab olaraq Vaşinqtonun xarici siyasətinin dəyişmədiyini vurğulayıb:

"Prezident xarici siyasətin dəyişdirilməsiylə bağlı heç nə deməyib. Tayvanla müqaviləmiz var və bu adanı mümkün təhlükələrdən qorumalıyıq. Biz bu müqaviləyə sadiqik. Bu məqsədlə Tayvanın müdafiə qabiliyyətini artıracağıq”.

Baydenin və Psakinin bu açıqlamaları rəsmi Pekinin etirazına səbəb olub. Çin hakimiyyəti Vaşinqtonu bu siyasətdən əl çəkməyə çağırıb. Bunu Çinin BMT-dəki təmsilçisi Çjan Tszyun deyib. Pekin hesab edir ki, Vaşinqton Tayvanı dəstəkləməklə Çinin daxili işlərinə qarışır”.

E.Şahinoğlu qeyd edib ki, ABŞ-ın hərbi təlimçiləri bir ilə yaxındır Tayvandadırlar:

"Hərbi təlimçilər Tayvan adasının müdafiəsi üçün yerli qüvvələri gücləndirməyə çalışırlar. Demək, Vaşinqton Çinin Tayvanda hərbi əməliyyat keçirəcəyinə əmindir. Pekin Tayvanı ələ keçirməklə bağlı planlarını gizlətmir. Tayvan müdafiəyə hazırlaşır. Çinin adanı ələ keçirmək məqsədilə 2025-ci ildə müdaxiləyə başlayacağı ehtimal edilir. Çin oktyabrın əvvəllərində ada ətrafında hərb gəmilərini göndərib, təyyarələri də ada yaxınlarında uçuşlar həyata keçirirlər.

Digər tərəfdən, "Forbes” dərgisində ABŞ raketlərdən müdafiə sistemlərinin Rusiya və Çinin mümkün nüvə hücumları qarşısında aciz qalacağına dair analitik məqalə yayımlanıb.

Məqalə müəllifinin fikrincə, Rusiya və Çin Amerikaya nüvə hücumuna başlasalar, ABŞ öz ərazisini qorumaqda çətinlik çəkəcək. Amerikanın Alyaskada, Kaliforniyada və Şərqi Avropada raketlərdən müdafiə sistemləri mövcuddur. Ancaq məqalə müəllifi iddia edir ki, bu müdafiə sistemləri Amerikanı sadəcə Şimali Koreya və İran kimi ölkələrin nüvə hücumlarından qoruya bilər:

"Müdafiə sistemləri təkmil deyil. Rusiya və Çin Amerikaya qarşı kütləvi nüvə hücumuna başlasa, müdafiə sistemləri yarılacaq. Misal üçün Çinin fərqli bombalama strategiyası mövcuddur””.

Politoloqun fikrincə, Amerikada əsas müzakirə mövzularından biri Tayvan və mümkün nüvə müharibəsidir:

"Tayvanı qorumağın özü iki nüvə dövlətini – ABŞ-ı və Çini qarşı-qarşıya gətirəcək. Hər iki tərəf hələ ki, geri çəkilmək fikrində deyil. Əksinə, NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin son toplantısında yenə iki təhlükədən – Rusiya və Çindən danışılıb”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR