Logo

Mina xəritələri ilə bağlı danışıqlar davam edir - Hulusi Akar detalları açıqladı

Mina xəritələri ilə bağlı danışıqlar davam edir - Hulusi Akar detalları açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Mina xəritələrinin ən qısa zamanda verilməsi ilə bağlı  danışıqlar davam edir. Atəşkəsin əldə edildiyi ilk gündən Türkiyə Silahlı Qüvvələri minalardan təmizləmə işlərinə başlayıb.  Minalar və əldəqayırma partlayıcı maddələr təmizləndikcə bu ərazilər daha təhlükəsiz, kənd təsərrüfatı və məskunlaşma üçün açıq olur. Eyni fəaliyyəti Liviyada da edirik. Bununla əlaqədar olaraq, silahlı qüvvələrimizin şəxsi heyəti dost və qardaş ölkələrin silahlı qüvvələrinə bu mövzuda təlimlər keçirir”.  

Sfera.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

"Tək bir ölkə üçün deyil. Bu məqamda hər kəsin masa arxasına əyləşib müzakirə etməsi və atəşkəsin daimi olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq və firavan yaşaması vacibdir. Bunun üçün nə etmək lazımdırsa, biz Türkiyə Cümhuriyyəti dövləti olaraq hər bir məsələdə olduğu kimi, bu məsələdə də çox konstruktiv, danışıqlara, dialoqa açıq, ağlabatan və məntiqli həll yollarını ortaya qoyuruq.

Bəzi siqnallar var. Bizim gözləntimiz regionun rahatlıq və dinclik tapması yönündədir", - deyə Akar bildirib.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR