“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq” - Tofiq Zülfüqarov
Kateqoriya məlum deyil
"Siyasi kluarlarda çox da uzaqda olmayan zaman üçün Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağına dair informasiyalar intensivləşib. Hesab edirəm ki, preleminar (ilkin, hərtərəfli sülh müqaviləsindən əvvəl bağlanmış) sülh müqaviləsi çərçivəsində bu, tamamilə mümkündür”.
Sfera.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
"Əminəm ki, Ermənistan deyəcək ki, bizə qarşı ərazi iddiası yoxdur. Bundan əlavə, onlar sülhməramlıların çətiri altında "siyasi fəaliyyət” nümayiş etdirməyə çalışacaq. Belə uzunmüddətli perspektivi necə neytrallaşdırmaq olar? Qaçqınlarımızın Zəngəzura qayıtması məsələləri ilə bağlı siyasətimizi aktivləşdirməklə”, deyə politoloq bildirib.Turan Rzayev






