Logo

"Həkəri çayının kənd təsərrüfatı və enerji təminatı baxımdan əhəmiyyəti var" - Natiq Cəfərli

"Həkəri çayının kənd təsərrüfatı və enerji təminatı baxımdan əhəmiyyəti var" - Natiq Cəfərli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kənd təsərrüfatında suvarma ilə bağlı hər zaman kifayət qədər ciddi problemlər olub. İşğaldan azad edilən ərazilərdəki çaylar vasitəsilə bu problem müəyyən mənada öz həllini tapa bilər. Həkəri də bolsulu çay olduğu üçün həm Qarabağın, həm də digər regionlardakı əkin sahələrinin suvarılmasına töhfə verə bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Həkəri çayının strateji əhəmiyyəti haqda danışarkən deyib.

Onun sözlərinə görə, su ehtiyatlarının artması kənd təsərrüfatında inkişafa səbəb olacaq:

"İşğaldan azad edilən ərazilərimizdə kifayət qədər su ehtiyatları var. Həkəri çayı da su ehtiyatına görə seçilən çaylardandır. Kənd təsərrüfatından başqa Həkəri çayı üzərində tikiləcək hidroelektrik stansiyalar da həm Qarabağın, həm də ölkənin enerji təminatında mühüm rola malik ola bilər.

Bu gün Həkəri çayının həm kənd təsərrüfatı, həm də enerji təminatı baxımdan əhəmiyyəti var. Bu mənada yaxın illərdə bu çayın resursları ölkə iqtisadiyyatına müsbət təsir edəcək”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR