Logo

"Taliban" rəsmiləri bu gün Türkiyəyə gəlir

"Taliban" rəsmiləri bu gün Türkiyəyə gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün "Taliban” rəsmiləri Türkiyəyə səfər edəcək.

Sfera.az bildirir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəvətiylə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəkinin başçılıq etdiyi "Taliban” heyəti ilə görüş Ankarada baş tutacaq.

Məlumata görə, görüşdə Kabil Hava Limanının fəaliyyəti də daxil olmaqla, bir çox məsələlər müzakirə ediləcək. Həmçinin, humanitar yardım, immiqrasiya problemləri və iki ölkə arasındakı ticarət mövzularının da masaya yatırılacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl, sözügedən heyət Avropa İttifaqı və ABŞ rəsmiləri ilə Qətərin paytaxtı Dohada bir araya gəlmişdi.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR