Logo

ABŞ-dan Türkiyəyə DƏSTƏK: "NATO müttəfiqimizə edilən hücumları qınayırıq"

ABŞ-dan Türkiyəyə DƏSTƏK: "NATO müttəfiqimizə edilən hücumları qınayırıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ PKK terror təşkilatı tərəfindən şəhid edilən türk polisləri ilə bağlı Türkiyəyə başsağlığı verib.

Sfera.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik mətbuat konfrasında danışıb. O, terror təşkilatının adını çəkmədən Türkiyə ilə bağlı məsələni dəyərləndirib.

"NATO müttəfiqimiz olan Türkiyəyə edilən hücumları qınayırıq. Suriyada öldürülən iki türk polisinin ailələrinə də başsağlığı diləyirik”, - deyə Prays əlavə edib.

Qurum rəsmisi həmçinin bildirib ki, bütün tərəflərin atəşkəsə riayət etməsi, Suriyada sabitliyin gücləndirməsi və siyasi həll üçün vacibdir:

"Türkiyə bizim üçün önəmli bir NATO müttəfiqidir və terrorla mübarizədən tutmuş, Suriyadakı münaqişənin sona çatmasına qədər bir çox sahədə ortaq maraqlarımız var. Eyni zamanda Suriya siyasəti ilə bağlı Ankara ilə sıx əlaqələrimizi davam etdirəcəyik”.

Digər tərəfdən Ned Prays F-16-larla bağlı sualı cavablandırmaqdan imtina edərək ABŞ Konqresinin rəsmi məlumatı olmadan, müdafiə sahəsindəki satışlarla bağlı heç bir şərh verməyəcəyini söyləyib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR