Korrupsiyaya yol verərək vəzifədən uzaqlaşdırılan Avropa liderləri - SİYAHI
Son 10 ildə Avropanın bir çox ölkələrinin liderləri korrupsiya iddiaları səbəbindən vəzifələrini tərk etmək məcburiyyətində qalıb.
Sfera.az həmin maraqlı faktları təqdim edir:
Avstriya
Avstriya kansleri Sebastian Kurz ona qarşı "rüşvət, korrupsiya və etimadın pozulması" ittihamlarından sonra istefa verib.
Estoniya
Estoniya Baş naziri Juri Ratas daşınmaz əmlak firması ilə əlaqələrinə görə partiyasına qarşı aparılan korrupsiya istintaqının ardından 13 yanvar 2021 -ci ildə istefa verib.
Malta
Malta Baş naziri Joseph Muscat 2017-ci ildə korrupsiyanı araşdıran jurnalist Daphne Caruananın cinayətinin istintaqında ortaqlarını qorumaq üçün müdaxilə etmək ittihamı ilə 1 dekabr 2019-cu ildə istefa verib.
Slovakiya
2018-ci ilin fevral ayında yüksək vəzifəli siyasətçilərlə Slovakiyadakı İtalyan mafiyası arasında iddiaları araşdıran jurnalist Jan Kuciak və nişanlısının öldürülməsi ölkəni siyasi böhrana sürükləyib. Baş nazir Robert Fico, qətllərlə bağlı ictimaiyyətin etirazından sonra mart ayında istefa verib.
Rumıniya
2015-ci ilin oktyabrında Rumıniyada gecə klubunda baş verən yanğından sonra, Buxarestdə on minlərlə etirazçı küçələrə axışaraq sosial demokrat Baş nazir Viktor Pontanı istefa verməyə məcbur edib. Hadisəsən üç il sonra 2018-ci ilin may ayında Ponta korrupsiya araşdırması nəticəsində ölkənin ali məhkəməsi tərəfindən fırıldaqçılıq və digər məsələlər üzrə ittiahm edilərək, vəzifədən uzaqlaşdırılıb.Çexiya Respublikası
Çexiyada 2013-cü ilin iyununda, sağ mərkəzçi baş nazir Petr Necas, köməkçisi və sevgilisinin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən istefa vermək məcburiyyətində qalıb. Prokurorlar baş nazirə cinayət işi açmayacaqlarını bildiriblər.Almaniya
Almaniyada keçmiş kansler Helmut Kohl cərimələnərək 1990 -cı illərdə partiyanın gizli fondlarını idarə etdiyini etiraf etdikdən sonra Xristian Demokrat Birliyinin fəxri sədri vəzifəsindən istefa verməyə məcbur edilib. Bundan sonra Almaniya liderləri ciddi nəzarət altında idi. Belə ki, prezident Christian Wulff, nüfuzundan sui-istifadə etməkdə günahlandırılaraq, 2012-ci ilin fevral ayında prezidentlikdən istefa verib.Əzizə Zeynal






