Logo

"Məğlub tərəfin şərt qoymaq haqqı yoxdur" - Paşinyanın təklifinə SƏRT REAKSİYA

"Məğlub tərəfin şərt qoymaq haqqı yoxdur" - Paşinyanın təklifinə SƏRT REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"44 günlük Vətən müharibəsində biz qalib olmuşuq, ermənilər məğlub tərəfdir. Məğlub tərəfin şərt qoymaq haqqı yoxdur. Bunu erməni tərəfi birdəfəlik dərk etməlidir – diktəni qalib tərəf edir”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın mina xəritələri qarşılığında "hərbi əsirlər”in qaytarılma şərtindən danışarkən deyib.

"Məğlub tərəfin şərt qoymaq haqqı yoxdur" - Paşinyanın təklifinə SƏRT REAKSİYA

Müsahibimizin sözlərinə görə, prezident İlham Əliyev bütün çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanda hərbi əsir yoxdur:

"Erməni tərəf, başda Paşinyan olmaqla, hüquq oxusunlar, BMT-nin müvafiq sənədlərinə baxsınlar ki, hərbi əsir kim hesab olunur. Bu gün Azərbaycanda cəza çəkən ermənilər hərbi əsir deyil. Onlar müharibə bitəndən bir neçə gün sonra ərazimizə xüsusi məqsədlə hazırlanıb göndərilmiş diversiya, terrorçu qrupdur. Həmin şəxslər Azərbaycan qanunları ilə mühakimə olunublar, cəza çəkirlər – sıradan cinayətkarlardırlar. İndi dövlətarası danışıqlarda, münasibətlərdə ola bilər ki, müəyyən şərtlər daxilində güzəştlər olsun – bu, artıq dövlət rəhbərinin səlahiyyətindədir. Ancaq birmənalı olaraq, rəhbərləri başda olmaqla, Ermənistan tərəfi "hərbi əsir” ifadəsindən istifadə etməməlidirlər”.

Millət vəkili mina xəritələri məsələsinə də toxunub. O bildirib ki, xəritələr bizə verilsə də, verilməsə də, hələ müharibə bitməmişdən işğaldan azad etdiyimiz ərazilərdə minalardan təmizləmə işlərini həyata keçirirdik:

"Bu gün də proses davam edir. Biz ərazilərimizi minalardan təmizləyəcəyik. Sadəcə olaraq prosesin tez başa çatması, az əziyyətli olması üçün məğlub tərəfdən tələb edirik ki, minaladığınız, xaraba qoyduğunuz ərazilərin dəqiq xəritələrini verin. Onlar bizə bir-iki rayonun xəritəsini verdilər. Ancaq prezident İlham Əliyev dəfələrlə bunu onların başına taqqıldatdı ki, verdikləri xəritələrin 25 faizi həqiqətə uyğundur. Yəni ermənilər bunda da saxtakarlıq ediblər. Bu isə, beynəlxalq hüquqa əsasən, növbəti müharibə cinayəti hesab olunur. Məğlub tərəf belə bir yola əl atırsa, minalanmış ərazilərin xəritəsini vermirsə və ya saxta xəritələr təqdim edirsə, bu, növbəti cinayətdir. Bununla demək istəyirəm ki, prezidentin bəyan etdiyi kimi biz sülh tərəfdarıyıq. Ermənilərlə sülh sazişi bağlamağa da hazırıq, təkliflərimizi də vermişik. Ancaq konstruktiv müsbət cavab ala bilməmişik. Bizim qarşısımıza real olmayan, heç bir hüquqa əsaslanmayan şərtlər qoymaq lazım deyil. Təbii ki, biz bu şərtləri qəbul etməyəcəyik”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR