BVF xəbərdarlıq etdi: Bahalaşma noyabr-dekabr aylarında pik həddə çatacaq
Sfera.az bildirir ki, BVF-nin hazırladığı Dünyanın İqtisadi Mənzərəsi adlı hesabatda inflyasiya mövzusuna ayrıca yer ayrılıb. Hesabatda "İnflyasiya qorxudur” adlı başlıqda qiymət artımlarına dair təhlil verilib.
BVF düşünür ki, dünyada qiymətlərin xeyli yüksəlməsi 2021-ci ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə tələbin güclənməsi, təklifin az olması və əmtəə qiymətlərinin sürətlə artması ilə bağlıdır.
Beynəlxalq qurum proqnozlaşdırır ki, orta illik bahalaşma 2021-ci ilin noyabr-dekabrında ən yüksək həddinə çatacaq, sonrakı aylarda bahalaşma sürəti zəifləyəcək. Amma BVF pis ssenarinin olmasını da istisna etmir:
"Təklifin tələbi ödəməməsi uzun müddət davam edərsə, əmtəə və daşınmaz əmlak qiymətlərində şoklar yaranarsa, uzunmüddətli xərclərdə və inflyasiya gözləntilərində sabitləşmə olmazsa, proqnozlaşdırılandan daha böyük bahalaşma baş verə bilər”.
Vasif
Sfera.az






