Logo

"Ermənistana kəşfiyyat məlumatları ötürən rejim üçün sürpriz xarakterli nələrsə olacaq" - AÇIQLAMA

"Ermənistana kəşfiyyat məlumatları ötürən rejim üçün sürpriz xarakterli nələrsə olacaq" - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Prezident İlham Əliyev Serjik Sərkisyanla bağlı  fikirlərini nə səbəbdən Suqovuşandan bildirdisə,  İran rəhbərliyinə  yönəlik açıqlamalarını da eyni səbəbdən məhz Araz çayı qırağından səsləndirdi”.

Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. O qeyd edib ki, molla rejiminə şapalaq effekti daşıyan həmən açıqlamalar təkcə Azərbaycanın hər bir vətəndaşının yox, həm də ölkə başçısının xəbərdarlığı idi:

"Yəni Ermənistandan da çox, bizi gözləri götürməyənlər özlərini yığışdırsınlar. Bu xəbərdarlığın ardından artıq bəzi addımlar atılıb və gələcəkdə 44 günlük savaş zamanı Arazın o tayında "Ayaz Girari”də radar sistemləri, dinləmə stansiyaları yerləşdirib Ermənistana kəşfiyyat məlumatları ötürən,  digər yardımlar edən rejim üçün sürpriz xarakterli daha nələrsə də olacaq.

"Ermənistana kəşfiyyat məlumatları ötürən rejim üçün sürpriz xarakterli nələrsə olacaq" - AÇIQLAMA

İrandakı soydaşlarımız da gözəl anlayırlar ki, fars-molla rejimi Azərbaycan əleyhinə etdiyi əməlləri guya İsrailin regionda varlığıyla əlaqləndirərkən özlərinə xas məkrə və riyakarlığa yol verirlər. Hətta tutaq ki, onlar deyən kimidir, israillilər Azərbaycanda İran sərhəddi boyunca at oynadırlar, bəs onda rəsmi Tehran birinci Qarabağ savaşı zamanı niyə Ermənistanı hərtərəfli dəstəkləyirdi”.

Millət vəkili xatırladıb ki, o vaxt həmən İranın yaratdığı Hizbullahın ilk baş katibi Şeyx Sübhi sözügedən ölkənin xarici işlər nazirindən "Nədən müsəlmanların yaşadığı, üstəlik şiələrin çoxluq təşkil etdiyi Azərbaycana yox, xristian Ermənistana yardım edirsiniz" sualına aldığı cavabdan sonra üzlərinə tüpürərək onlarla yollarını ayırmışdı: "Çünki ona verilən cavab belə idi ki, Türkiyənin regionda güclənməməsinə görə belə edirlər və edəcəklər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR