Logo

Dövlət başçısı: "Biz sülh dövrünü də zəfərlə başlamışıq və zəfərlə başa vuracağıq"

Dövlət başçısı: "Biz sülh dövrünü də zəfərlə başlamışıq və zəfərlə başa vuracağıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"İndi gəldiyiniz yola da yəqin ki, fikir verdiniz. Görün, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı. İndi Cəbrayıla biz yol çəkirik. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq".

Sfera xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

"Cəbrayıl şəhərinin baş planı sizə, cəbrayıllılara təqdim ediləcək. Biz bu plana bərabər baxacağıq. Əgər razılığınız olarsa, bu planı da təsdiq edəcəyik. Biz müharibəni zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR