Logo

Əliyev-Paşinyan görüşü nə zaman baş tuta bilər? – “Ən qısa zamanda...”

Əliyev-Paşinyan görüşü nə zaman baş tuta bilər? – “Ən qısa zamanda...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli görüşə hazır olduqlarını bildiriblər.

Tərəflər arasında baş tutacaq görüşün konkret vaxtı və məkanı isə bilinmir.

Maraqlıdır, görüşdə hansı məsələlər müzakirə edilə bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Nikol Paşinyanla prezident İlham Əliyev arasında ikitərəfli görüşün qısa zaman ərzində reallaşa biləcəyini qeyd edib:

"Azərbaycan və Ermənistan liderləri arasında yaxın vaxtlarda görüşün baş tutması ehtimalı böyükdür. 44 günlük müharibədən sonra bu aylar ərzində Azərbaycanın bəlli hədəfləri var idi. Biz hər zaman qeyd edirdik ki, Minsk qrupu ilə, yaxud bu qrupun iştirkakı olmadan dövlət başçıları arasında görüş keçirilməlidir. Təbii olaraq Azərbaycan və Ermənistan müəyyən məsələləri dialoq formatında müzakirə etməldirlər. Təbii ki, rəsmi Bakının Ermənistandan tələbi ondan ibarətdir ki, Qarabağın statusu məsələsi gündəmə gətirilməsin və Minsk qrupu da bu məsələdən nə qədər uzaq qalsa, o qədər yaxşıdır".

Politoloq yaxın vaxtlarda baş tutacaq görüşdə iki əsas məsələnin müzakirə mövzusu olacağını deyib:

"Biz Minsk qrupunun başçılığı altında Ermənistanla görüşdən imtina etmirik. Lakin bir şərtlə buna imkan veririk ki, 30 il ərzində olan köhnə tendensiyalardan uzaq durulmalı, Azərbaycanla Ermənistan arasında gündəliyə uyğun real, praktiki hədəflər ortaya qoyulmalıdır. Bu hədəflər isə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmasından, sülh müqaviləsinin imzalanmasından, kommunikasiya məsələlərinin müzakirəsi mövzusundan ibarət ola bilər. Bu konteksdə düşünürəm ki, Azərbaycan və Ermənistan lideri arasında yaxın vaxtlarda baş tutan görüşdə ilk növbədə kommunikasiya məsələləri və sərhədlərin demarkasiya və delimitasiyası gündəmdə olacaq".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR